Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqanda əməliyyat: 26 kiloqrama yaxın narkotik, 2500-dən çox narkotik tərkibli dərman aşkarlandı
Beyləqanda əməliyyat: 26 kiloqrama yaxın narkotik, 2500-dən çox narkotik tərkibli dərman aşkarlandı

Azərbaycanın İranla dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində 26 kiloqrama yaxın narkotik və 2520 ədəd narkotik tərkibli dərman aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqanda külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbiri həyata keçirilib. Nəticədə 1989-cu il təvəllüdlü Asif Hüseynov saxlanılıb.

A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »