Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Turan Bank”ın mənfəəti 2,3 dəfə artıb, kredit portfeli 9,7% genişlənib
“Turan Bank”ın mənfəəti 2,3 dəfə artıb, kredit portfeli 9,7% genişlənib

“Turan Bank” ASC 2026-cı ilin ilk yarısını 5 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 130,7% çoxdur.

Banker.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, artımı əsasən xalis faiz gəlirlərinin 2,4% artaraq 23,8 milyon manata, qeyri-faiz gəlirlərinin isə 28,1% yüksələrək 14,8 milyon manata çatması fonunda baş verib.

Bununla yanaşı, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xərcləri 15,8% azalaraq 10,2 milyon manata enib ki, bu da mənfəət artımını dəstəkləyib. Faiz xərcləri isə 29,7% artaraq 32,7 milyon manata yüksəlib.

Bankın əməliyyat gəlirləri (xalis faiz və qeyri-faiz gəlirlərinin cəmi) illik müqayisədə 11,2% artaraq 38,6 milyon manata çatıb. Qeyri-faiz xərcləri 13,9% artımla 23,4 milyon manat, ümumi və inzibati xərclər isə 9,1% artaraq 5,3 milyon manat olub.

2026-cı il iyunun 30-na bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 4,8% artaraq 951 milyon manata yüksəlib. Müştərilərə verilmiş xalis kredit portfeli 9,7% artımla 660,7 milyon manata çatıb və aktivlərin 69,5%-ni təşkil edib.

Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 4,3% artaraq 841,6 milyon manata, cəmi kapitalı isə 4,4% artaraq 109,4 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəət 66,7% azalaraq 24,2 milyon manata düşüb.

Son xəbərlər
Bütün xəbərlər »