“Xaçmaz-Şərab” ASC 2025-ci ili 12,5 min manat xalis zərərlə başa vurub. Banker.az xəbər verir ki, Şirkət 2024-cü ildə 30 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, şirkətin maliyyə nəticəsi mənfəətdən zərərə keçib.
Maliyyə hesabatına əsasən, ötən il “Xaçmaz-Şərab”ın əsas əməliyyat gəlirləri illik müqayisədə 33,6% azalaraq 1,54 milyon manata enib. Satışın maya dəyəri isə 32,1% azalaraq 1,55 milyon manat təşkil edib. Nəticədə şirkət 12,5 min manat ümumi zərər və eyni həcmdə əməliyyat zərəri qeydə alıb. 2024-cü ildə isə 33,3 min manat əməliyyat mənfəəti əldə edilmişdi.
Bununla belə illik qeyriqida inflyasiyası 3,8%, ödənişli xidmətlər isə 5,6% olub.
Aylıq müqayisədə isə inflyasiya mənfi olub və istehlak qiymətləri may ayı ilə müqayisədə 0,3% azalıb.
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda orta inflyasiya və ya istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6,7%, qeyri-qida məhsullarının qiymətləri 3,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlərin tarifləri isə 5,7% yüksəlib.
Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. 2027-ci il üzrə inflyasiya isə fevraldakı 4% proqnozu mayda 4.5% ilə dəyişdirilib. İnflyasiya proqnozunun artırılması xarici mənşəli təzyiqlərin aktivləşməsi ilə izah olunur.
Bununla belə AMB ölkədə illik inflyasiya hədəf intervalı (4±2%) daxilində qalmağa davam edəcəyini bildirib. AMB son faiz dəyişməsi 2026-cı il fevralın 5-dən etibarən olub. Belə ki, requlyator uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib. Ondan sonrakı iki iclasda gözləmə mövqeyində qalıb.
Azərbaycan Mərkəzi Bankı inflyasiyanı 2–6% hədəf diapazonunda saxlamağa çalışır. İnflyasiya 6%-i aşdıqda qiymət artımlarını cilovlamaq üçün adətən pul siyasətini sərtləşdirir, yəni uçot dərəcəsini və digər alətləri artıraraq iqtisadiyyatda pul kütləsinin artımını məhdudlaşdırır. Əksinə, inflyasiya 2%-dən aşağı düşdükdə iqtisadi fəallığı dəstəkləmək məqsədilə pul siyasətini yumşalda, o cümlədən uçot dərəcəsini azalda və maliyyə şəraitini daha əlverişli edə bilər.
Mərkəzi Bankən İdarə Heyəti 2026-cı ilin beçinci faiz qərarına dair iclası 31 iyulda olacaq. (Banker.az)






