Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Premium Bank”da ilk yarımildə şirkətlərin depozitləri 10 faiz azalıb
“Premium Bank”da ilk yarımildə şirkətlərin depozitləri 10 faiz azalıb

“Premium Bank” ASC-nin 2026-cı ilin ilk altı ayında 480,3 milyon manatdan 474,1 milyon manata enərək 1,3% azalıb. Müştəri depozitləri isə 394,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,3% azdır. İlin əvvəli bu rəqəm 394,2 milyon manat idi.

Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri 2,4% artaraq 312,4 milyon manata yüksəldiyi halda, hüquqi şəxslərin depozitləri 10,2% azalaraq 80 milyon manata enib.

Aktivləri 2026-cı il iyulun 1-nə 668,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə ilk yarımildə 9,4 milyon manat və ya 1,4% azdır. Aktivlərin strukturunda əsas payı təşkil edən müştərilərə verilmiş ümumi kreditlər 496,5 milyon manata çataraq 17,8 milyon manat və ya 3,7% artıb. Kredit portfelinin böyüməsi əsasən biznes kreditləri hesabına baş verib. Biznes kreditləri 357,7 milyon manata yüksələrək 4,1%, istehlak kreditləri 65,6 milyon manata çataraq 8,3% artıb. Bunun əksinə, ipoteka kreditləri 1,3% azalaraq 73,1 milyon manata enib. Kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlar 2,3% artaraq 8,8 milyon manata yüksəlsə də, xalis kredit portfeli 487,6 milyon manata çataraq 3,8% böyüyüb.

Digər tərəfdən, nağd pul vəsaitləri və ekvivalentləri 12% azalaraq 149,7 milyon manata, ticarət və investisiya qiymətli kağızları isə 23,8% azalaraq 12,9 milyon manata düşüb ki, bu da aktivlərin ümumi həcminin azalmasında əsas amillərdən biridir.

Bankın öhdəlikləri 2026-cı ilin ilk altı ayında 480,3 milyon manatdan 474,1 milyon manata enərək 1,3% azalıb. Bankın müştərilərə verdiyi ümumi depozit portfeli 394,2 milyon manat olub və ilin əvvəli ilə müqayisədə 0,3% azalıb. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 3,4% azalaraq 70,7 milyon manata enib, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 5,9 milyon manat səviyyəsində dəyişməyib.

“Premium Bank” 2026-cı ilin ilk yarısnı 9,3 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur. Mənfəətin artımına xalis faiz gəlirlərinin 16,9% artaraq 14,4 milyon manata, qeyri-faiz gəlirlərinin isə 27,1% yüksələrək 9,7 milyon manata çatması dəstək verib.

Xüsusilə alınan haqq və komissiya gəlirləri 2,3%, xarici valyuta əməliyyatlarından gəlirlər isə 22% artıb. Eyni zamanda qeyri-faiz xərcləri 6,2% artaraq 14,2 milyon manata, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar isə iki dəfədən çox artaraq 618 min manata yüksəlib.

Son xəbərlər
Bütün xəbərlər »