“Bu gün, Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyada nümunə ölkələrdən biridir. Yəni bu gün ölkəmizdə bütün dinlər, məzhəblər, xalqlar arasında tolerant, dözümlü bir münasibət var. Bu gün bütün icmalar Azərbaycanda mövcud olan dini təriqətlərin nümayəndələri ölkəmizdə bərabər və həmrəy yaşaya bilir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb. Deputat qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrıdır, amma dövlət dindən ayrı deyil.
Ceyhun Məmmədov“Dövlət dinə, dini icmalara xüsusi diqqət və qayğı göstərir. Bu sahədə dövlətimiz davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir, addımlar atır və etiqad azadlığını təmin etməklə yanaşı, onların ehtiyaclarını ödəyir. Yəni bu gün Azərbaycan azsaylı ölkələrdəndir ki, məscidi də, kilsəni də, sinaqoqu da dövlət özü tikir. Bununla yanaşı, dövlət dini icmalara maliyyə yardımı ayırır və onlara dəstək olur. Bu mənada bu gün Azərbaycan nümunəvi ölkədir və bu da onu göstərir ki, həm ölkəmiz, həm də cəmiyyətimiz tolerantdır”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






