Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Türkiyə Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə imkan verməyəcək
Ərdoğan: Türkiyə Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə imkan verməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti diqqətlə izlədiyini və ölkənin yenidən qeyri-sabitliyə sürüklənməsinə imkan verməyəcəyini bildirib. Kürd qüvvələri yeni hökumət strukturlarına inteqrasiya etməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə deyib.

“Biz heç vaxt Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə imkan verməyəcəyik. Türkiyə bu ölkədə baş verən bütün hadisələri diqqətlə izləyir. Suriya Demokratik Qüvvələrinin kürd qüvvələri vədlərinə əməl etməli və Suriya ilə inteqrasiyanı başa çatdırmalıdırlar.

Suriya hökuməti Hələbdəki gərginliyə həssas yanaşır və SDQ-nin 10 mart razılaşmasına əməl etməsinin gözlənildiyini bəyan edib. Suriyanın ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz buna məhəl qoymayan heç bir hərəkəti qəbul etməyəcəyik”, - deyə Türkiyə prezidenti qeyd edib.

Prezidentin sözlərinə görə, türklərin, kürdlərin və ərəblərin ittifaqı regionda davamlı sülh və əmin-amanlığın açarıdır. “Heç kim təxribatlara yol verilməsini qəbul etməyəcək. Suriyanın keçid dövr prezidenti Əhməd əl-Şara və onun administrasiyası bizim ölkəsi ilə bağlı fikirlərimizi bölüşür. Türkiyə Suriya xalqına dəstəyini sona qədər davam etdirəcək”, - deyə Ərdoğan bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »