Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gülməli nə varsa, deyin, biz də gülək"... "Qızların çox gülməsinə və çox danışmasına mənfi yanaşırlar"
"Gülməli nə varsa, deyin, biz də gülək"... "Qızların çox gülməsinə və çox danışmasına mənfi yanaşırlar"

Dərsdə müəllimin tələbələrə, şagirdlərə “qız ağır olar, gülməz”, oğlanlara “gülməyin, ciddi olun”, “koridorda gülməyin”, “gülməli nə var, deyin biz də gülək” deyilirsə, vay halımıza.

Gülməyə məhdudiyyət qoyulan cəmiyyət necə formalaşar?

“Bəzi insanlar mentalitet məsələsinə görə qızların çox gülməsinə və çox danışmasına mənfi yanaşırlar”. Bu sözləri Bizimyol.info portalına açıqlamasında Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova “gülməyə məhdudiyyət qoymaq necə cəmiyyət formalaşdırar” fikrinə münasibət bildirərkən deyib.

Vüsalə Əmiraslanova Vüsalə Əmiraslanova

Vüsalə Əmiraslanova bildirib ki, şən olmaq, gülümsəmək, gözəl enerji bəxş etmək, nə qızda, nə oğlanda bir problem deyil: “Gülmək üzün yaraşığıdır. Hər zaman da elə psixoloji baxımından da, gülən, əhval-ruhiyyəsi pozitiv olan insanlar digər insanlara xoş aura, xoş enerji bəxş edirlər.

Təəssüflər olsun ki, bəzi insanlar mentalitet məsələsinə görə qızların çox gülməsinə, çox danışmasına mənfi yanaşırlar. Amma mən düşünürəm ki, əvvəlki dövrlərə nisbətən artıq indiki müasir dövrdə gülmək məsələsi o qədər də prioritet məsələ deyil. Artıq xanımların gülmə ixtiyarının olduğunu da kişilər də, cəmiyyət də qəbul ediblər. Əlbəttə ki, həm xanımda, həm bəydə yersiz yerə, səsi yüksəldərək gülməyi biz tərbiyə məsələsi ilə müqayisə edirik və el arasında o insanlara tərbiyəsiz insan kimi yanaşırlar. Ancaq düşünürəm ki, şən olmaq, gülümsəmək, gözəl enerji bəxş etmək, nə qızda, nə oğlanda bir problem deyil. Ancaq bunu yerində ediriksə, o zaman hər kəsə də çox gözəl təsir bağışlayır.

Son dövrlərin araşdırmasına görə, ümumiyyətlə, bu məsələlərə həm cəmiyyət, həm valideynlər daha az önəm verir. Uşaq daha az gülürsə və ya daha az danışırsa, əksinə narahat olurlar ki, uşaq birdən özünə qapanar, nədənsə narazı qalar və sair. Düşünürəm ki, biz artıq cəmiyyət olaraq dəyişmişik, dəyişirik. Bu məsələlər o qədər də qabarıq deyil. Amma bir psixoloq kimi mən əlbəttə ki, şən və yerində deyib-gülən həm oğlanlara, həm də qızlara rəğbətlə yanaşıram”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »