Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlan sancmaları, suda batıran dalğıc şayiələri, boğulma halları, zibillik... Dənizdən ayrı düşdük - Video
İlan sancmaları, suda batıran dalğıc şayiələri, boğulma halları, zibillik... Dənizdən ayrı düşdük - Video

Dəniz mövsümü bitmək üzrədir. Bu mövsümdədə dəniz çox canlar aldı. Biz də dəniz kənarı qəsəbəsə yaşamağımıza baxmayaraq dəniz gedə bilmədik. Çünki batma-boğulma hallarının çoxu elə bizim yaxınlığımızda - Novxanıda yerləşən nəzarətsiz çimərliklərdə qeydə alınmışdı.

Bu yay əhali arasında maraqlı bir şayiə gəzirdi. Güya dalğıclar özləri bilərəkdən insanları batırır ki, daha çox pul tələb etməklə onları üzə çıxarsın. Bu şayiə 20 il əvvəl də var idi. Deyirdilər ki, insanlar özbaşına bu qədər yaxın məsafədə bata bilməz. Səbəb hər nə idisə, bu il dəniz çox can aldı.

Bundan başqa, bizə yaxın ərazilərdə dənizdə ilanlar peyda olmuşdu. Bəli, yanlış oxumadınız: "dənizdə çox sayda ilan vardı". Yerli sakinlərin sözlərinə görə, qış aylarında bu ərazilərdə təmir-bərpa, qazıntı və s. işlər aparıldığı üçün ətrafda olan ilanlar və həşəratlar dənizə üz tutub.

Bircə onu bilirəm ki, bu il dənizə sadəcə uzaqdan baxa bildik. Dənizə ərzaqla gəlib, gedəndə "söyüş" aparan “məxluqlar” da dəniz sahilindən uzaqlaşmağımıza başqa bir səbəb idi. Yedikləri yeməklərin qalıqlarını, uşaq bezlərini, içki butulkalarını elə sahildəcə qoyub gedən insan görünümlü məxluqlarla eyni havadan nəfəs almaq və eyni şəhərdə yaşamaq belə ağırdır, ağrılıdır...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »