Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib
DTX-nın “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. DTX-nın Mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış edilib.

Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlət başçısı İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən ətraflı söhbət açıb. Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bərpası ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda qürur hissi oyatdığını bildirib.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.

Son xəbərlər
Bütün xəbərlər »