Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq
Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq

Qarabağ, Ermənistanın işğalından azad edildikdən sonra sürətlə yenidən qurulma prosesinə qədəm qoyub. 30 ildən artıq müddətdə dağıdılmış, yararsız hala düşmüş yaşayış məskənləri, indi Azərbaycanın zəhməti və iradəsi ilə təkrar həyata qovuşur.

Bizimyol.info xəbər verir ki, hər tərəfdən inşa edilən yeni binalar, sosial obyektlər və infrastrukturlar, regionun uzun müddət sonra canlanmasını təmin edir. Azərbaycan dövləti, bu əraziləri yalnız bərpa etməklə qalmır, həm də bu bölgələri daha müasir və inkişaf etmiş bir şəraitlə yenidən quraraq, Qarabağın gələcəyinə sağlam təməl qoyur. Bu sürətli tikinti işləri, həmçinin regionun iqtisadiyyatının və sosial həyatının canlanmasına mühüm töhfə verir, işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına təkan verir.

Əhalinin öz yurduna dönməsini təmin etmək üçün dölət tərəfindən lazım olan imkanlar yaradılır.

Vüqar Bayramov Vüqar Bayramov

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, bu məqsədlə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

"Azərbaycan Prezidentinin imzaladığı Fərmana görə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq.

Belə ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz. Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir", - deyə iqtisadçı deputat qeyd edib.

V.Bayramov deyib ki, yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək.

"Bu bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.

Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhvə verəcək", - deyə müllət vəkili bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »