Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağlılar" və ya "Tatik-Papik"... Xankəndində "dağ" ucaltmaq üçün akasiya meşəsi məhv edilib - Video
"Qarabağlılar" və ya "Tatik-Papik"... Xankəndində "dağ" ucaltmaq üçün akasiya meşəsi məhv edilib - Video

Xankəndinə gələn hər kəs burada mütləq xalq arasında “nənə-baba” deyilən “Biz dağlarımızıq” abidəsi ilə şəkil çəkdirməyə çalışır. Abidənin isə çox maraqlı tarixi var.

Tarixi mənbələrə görə, “Biz dağlarımızıq” abidəsi 1967-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında ucaldılıb. Abidənin ucaldılması üçün isə həmin ərazidə böyük bir akasiya meşəsi məhv edilib.

Əslində ermənilər bu abidənin Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldıldığını deyir və nədənsə ona "erməni abidəsi" deyirlər. Abidənin müəllifi erməni heykəltəraş Sarkis Baqdasaryandır.

Abidə Azərbaycan SSR büdcəsi hesabına Azərbaycan ərazisində ucaldılıb. Amma 1980-ci illərdən sonra ermənilər bu abidəni dünyaya öz tarixi abidəsi kimi sırımağa çalışıb.

2013-cü ilin sentyabrında abidə erməni biznesmen, Karen Avaqumyanın vəsaiti hesabına bərpa edilib.

Bəzi mənbələrə görə, heykəltəraş Sarkis Baqdasaryan abidəni ilkin olaraq “Qarabağlılar” adlandırıb. Ermənilər bu abidəni “Tatik-Papik” adlandırır.

Qeyd etməliyik ki, bu abidənin müəllifindən başqa ermənilərə heç bir aidiyyatı yoxdur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »