Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyanın məşhur kurort şəhərində ölümcül virus aşkar edilib
İspaniyanın məşhur kurort şəhərində ölümcül virus aşkar edilib

İspaniyada istirahət etməyi planlaşdıran turistlərə yaxın günlərdə rəsmi xəbərdarlıq edilib. Buna səbəb Səlamanka şəhərində Krım-Konqo hemorragik qızdırması (CCHF) virusuna yoluxma halının təsdiqlənməsidir. Bu şəhər turistlər arasında məşhur istirahət məkanlarından biri kimi qəbul edilir. Bölgədə aşkar edilmiş virus əsasən gənə dişləməsi yolu ilə insana keçir və yüksək hərarət, başgicəllənmə kimi simptomlardan tutmuş orqan çatışmazlığına və ölümə qədər ağır nəticələrə səbəb ola bilər. Yoluxmuş şəxsin birbaşa gənə dişləməsi nəticəsində infeksiyaya yoluxduğu ehtimal edilir.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə bağlı "Travel Health Pro" saytının məlumatına görə, bu virusun ağır hallarda ölüm riski 40%-ə qədər yüksələ bilər. Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, yoluxmuş insanlarda ölüm faizi təxminən 30% təşkil edir. Heyvanlarda virus əlamətsiz keçsə də, insan üçün son dərəcə təhlükəlidir, xüsusən də yoluxmuş heyvanların qanı ilə qidalanan gənələr vasitəsilə keçərsə.

Krım-Konqo hemorragik qızdırması 1944-cü ildən bəri məlumdur və əsasən Cənubi Avropa, Afrika, Yaxın Şərq və Asiyanın müxtəlif bölgələrində yayılıb. İspaniyada ilk yoluxma halı 2013-cü ildə qeydə alınıb, Portuqaliyada isə bu virus 2024-cü ildə aşkarlanıb. İsraildə xəstəlik ilk dəfə 2024-cü ilin sentyabrında şimal bölgəsində iri buynuzlu heyvanlar və gənələrdə aşkar edilib.

Qeyd etmək vacibdir ki, baytarlıq nəzarətindən keçmiş ət məhsullarının və ya pasterizə olunmuş südün istehlakı insan üçün təhlükə yaratmır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »