Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək (RMİD) İctimai Birliyinin üzvləri arasında növbəti görüş keçirilib
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək (RMİD) İctimai Birliyinin üzvləri arasında növbəti görüş keçirilib

21 may 2025-ci il tarixində Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək (RMİD) İctimai Birliyinin üzvləri arasında növbəti görüş baş tutmuşdur.

Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək (RMİD) İctimai Birliyinin üzvü Bizimyol.info xəbər verir ki, görüş zamanı Türk Dünyasında ilk dəfə olaraq yaradılan Türk Dünyası Marketinq, Reklam və Media Birliyi (TÜREK) haqqında tədbir iştirakçılarına ətraflı məlumat təqdim olunmuşdur. Gələcəkdə TÜREK ilə birgə reklam, marketinq və media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə edilmiş, RMİD üzvlərinin bu təşəbbüslə bağlı təklif və fikirləri də dinlənmişdir.

Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək (RMİD) İctimai Birliyinin üzvləri arasında növbəti görüş keçirilib

Eyni zamanda, İctimai Birliyin gələcək layihələri, strateji vizyonu, üzvlərin qarşılaşdıqları çətinliklər və bu problemlərin həlli yolları geniş şəkildə müzakirə olunmuşdur. Fikir mübadiləsi şəraitində keçən görüşdə üzvlər RMİD-in inkişafı ilə bağlı bir sıra yeni və innovativ təkliflər irəli sürmüşlər.

Son xəbərlər
Bütün xəbərlər »