Yaponiyada "Dovşan adası" kimi tanınan Okuno adasında bu il dovşan öldürdüyü üçün saxlanılan şəxsə 1 il həbs cəzası verilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Seto daxili dənizindəki Okuno adasında ümumilikdə 77 dovşanın öldürülməsi ilə bağlı işə Xirosima Rayon Məhkəməsində baxılıb.
Dovşanların "insanların zorakılığı nəticəsində öldürüldüyü" iddialarının nəzərə alındığı məhkəmə işində şübhəlilərdən Hotta Rikunun "7 dovşanı təpikləyərək ağızlarına qayçı basaraq öldürdüyü" müəyyən edilib. Məhkəmə qərarına əsasən, Hotta “Heyvanların Mühafizəsi Qanunu”nu pozduğu üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, Yaponiyanın Ətraf Mühit Nazirliyi hadisəyə cavab olaraq adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırır. Hotta 2025-ci ilin yanvarında adada küçədə gedərkən dovşanı təpikləyərkən görütülənəndən sonra "heyvanlara qarşı amansızlığa"na görə saxlanılıb.
Rəsmi "Kyodo" agentliyinin məlumatına görə, Okuno adasında 500-ə yaxın yarı vəhşi dovşan yaşadığı bildirilinir.
Qadir, Bizimyol.info






