Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avroviziya" rəhbərliyi İsrailin müsabiqədə iştirakını qəti şəkildə təsdiqləyib
"Avroviziya" rəhbərliyi İsrailin müsabiqədə iştirakını qəti şəkildə təsdiqləyib

"Avroviziya" Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Qrin boykot çağırışlarına baxmayaraq, İsrailin ictimai yayımçısı "Kan"ın müsabiqənin tamhüquqlu iştirakçısı statusunu qoruyacağını təsdiqləyib.

bizimyol.info xəbər verir ki, o, bu barədə "Variety" jurnalına müsahibəsində danışıb.

Martin Qrinin sözlərinə görə, İsrailin müsabiqədə iştirakı məsələsi artıq qəti şəkildə həll olunub və yaxın vaxtlarda bu mövzuda təkrar səsvermənin keçirilməsi planlaşdırılmır. O bildirib ki, Avropa Yayım Birliyinin üzvlərinin təxminən 70 faizi İsrailin iştirakçı kimi qalmasına dəstək verib.

Qrin vurğulayıb ki, bu qərar müsabiqənin əsas prinsiplərindən birinə əsaslanır: ictimai yayımçılar hökumətlərinin siyasi və ya hərbi qərarlarına görə məsuliyyət daşımamalıdır. Məhz bu səbəbdən "Kan" daimi üzv kimi "Avroviziya" müsabiqəsində iştirakını davam etdirəcək.

İcraçı direktor həmçinin "Avroviziya-2027" ərəfəsində İsrailin müsabiqədən kənarlaşdırılacağı ilə bağlı yayılan iddiaları da təkzib edib.

"Bu məsələ qəti şəkildə bağlanıb", – deyə Martin Qrin bildirib. O əlavə edib ki, səsvermə prosesi yoxlanılıb və hər hansı xarici müdaxilə və ya manipulyasiya cəhdlərindən etibarlı şəkildə qorunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »