"Facemark" və "İNCİ - İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçirilib. Tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirib.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “PASHA Real Estate”-in Təşkilati İnkişaf direktoru Mehriban Nəzərova tədbirdə çıxışı zamanı bildirib ki, inkişaf üçün uşaqlarla ünsiyyətdə hazır cavablar verməməliyik.
“Uşaqları yenilikçi düşüncəyə təşviq etmək üçün “sən necə düşünürsən?” sualını verməliyik. 3-5 yaş aralığında uşaqlar öyrənmə mərhələsində olur və valideynlərinə hədsiz çox saullar verirlər. Bu suallara cavabı hazır formada vermək olmaz. Uşaqların özlərini düşünməyə məcbur etmək lazımdır. Bunu əks sual metodu ilə etmək, inanın ki, çox yaxşı nəticə verir”,-deyə Mehriban Nəzərova qeyd edib.
Mehriban Nəzərova əlavə edib ki, iş mühitində sistemli addımlar atmaq lazımdır: “Yenə də öyrətmək, təlimlər keçmək, sistemli mədəniyyət dəyişikliyi ilə də etmək olar. Müxtəlif beynəlxalq təcrübələr göstərir ki, bu metod çox uğurlu alınır”.
Leyla, Bizimyol.info






