Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Liderlik səviyyəsindəki vəzifələr üçün işə qəbul zamanı qadın və kişi arasında fərq qoyulması ədalətsizlikdir"
"Liderlik səviyyəsindəki vəzifələr üçün işə qəbul zamanı qadın və kişi arasında fərq qoyulması ədalətsizlikdir"

"Facemark" və "İNCİ - İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçirilib. Tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, ABB-nin baş direktoru Aynur Süleymanlı tədbirdəki çıxışında işə qəbul zamanı qadın və kişilər arasında fərq qoyulmasından bəhs edib: “Stereotiplər var. Biz onlarla mübarizə aparmalıyıq. Təəssüf ki, lider dedikdə ağlımıza kişilər gəlir. Amma qadın liderlərin sayı heç də az deyil. Qadınlar bütün sahələrdə özlərini təsdiqləyiblər. Qərar qəbul edən zaman ədalətli olmaq lazımdır. Seçimlərimizi edən zaman ədalətli olmalıyıq”.

ABB-nin baş direktoru Aynur Süleymanlı qeyd edib ki, qadınlarımızda liderliyə həvəsi məktəb vaxtlarından aşılamaq lazımdır.

“Mən inanıram ki, liderlik yolunda qadınlara dəstəklə bağlı atılan addımlar cəmiyyətimiz üçün faydalıdır”,-deyə Aynur Süleymanlı bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »