Amerikalı iş adamı Jeff Bezosa məxsus aerokosmik şirkəti "Blue Origin", "NS-31" missiyası çərçivəsində təxminən 10 dəqiqə çəkəcək kosmos səyahəti ilə bağlı açıqlama verib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, açıqlamada Perri ilə yanaşı Bezosun nişanlısı, keçmiş jurnalist Lauren Sanchez və jurnalist Geyl Kingin "New Shepard" adlı raketlə yazda reallaşması planlaşdırılan kosmos uçuşunda olacağı bildirilib. Bundan əlavə, sərnişinlər arasında NASA-nın keçmiş raket alimi Ayşa Bove, alim Amanda Nguyen və film prodüseri Kerianne Flynnin də olacağı qeyd edilib.
Buraxılış üçün konkret tarix göstərilməyən açıqlamada uçuşun "New Shepard" raketinin 11-ci insanlı uçuşu olacağı bildirilib.
"Blue Origin" 2021-ci ildən kosmik turizm çərçivəsində 10 dəqiqəlik ödənişli uçuşlar həyata keçirir.
Qadir, Bizimyol.info






