Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: "NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq"
KİV: "NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq"

NATO-nun qarşıdan gələn Ankara sammitində Rusiyanın hücumlarına məruz qalan Ukrayna üçün yeni iri həcmli hərbi yardım paketinin elan ediləcəyi gözlənilir.

“Der Spiegel” xəbər verir ki, alyansa üzv 32 dövlətin nümayəndələri sammitin yekun bəyannaməsi üzrə danışıqlar zamanı bu barədə razılıq əldə ediblər.

Razılaşmaya əsasən, Ukraynaya 2026 və 2027-ci illərdə hər il ən azı 70 milyard avro həcmində hərbi yardım ayrılması nəzərdə tutulur. Beləliklə, iki il ərzində yardımın ümumi həcmi 140 milyard avroya çatacaq.

Məlumata görə, vəsait hərbi texnikanın tədarükü, Ukraynaya hərbi dəstək və şəxsi heyətin hazırlanması üçün istifadə olunacaq. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »