Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC XİN rəhbəri Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib
ŞKTC XİN rəhbəri Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib

Şimaki Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Bizimyol.info xəbər verir ki, nazirin paylaşımında:

"1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən Azərbaycan türk qardaşlarımızın acısı ilk gündə olduğu kimi ürəyimizdədir.

Dünyanın harasında olursa olsun türklərə edilən qırğınları, zülmləri unutmayaq ki, bir daha yaşanmasın. Şəhid qardaşlarımızı rəhmətlə yad edirik, ruhları şad olsun!, - deyə qeyd edilir.

Son xəbərlər
Bütün xəbərlər »