Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ yeni üzv ölkələr üçün veto hüququnu məhdudlaşdıra bilər
Aİ yeni üzv ölkələr üçün veto hüququnu məhdudlaşdıra bilər

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, gələcəkdə Avropa İttifaqına qoşulan yeni üzv dövlətlərin veto hüququ müəyyən müddət ərzində məhdudlaşdırıla bilər.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclası öncəsi danışıb.

Kosun sözlərinə görə, söhbət üzvlük sazişlərinə yeni yanaşmanın formalaşdırılmasından gedir. Bu yanaşma Avropa qaydalarına uzunmüddətli riayət olunmasının təmin edilməsini nəzərdə tutur.

“Biz elə bir mərhələyə çatmalıyıq ki, Ukrayna ilə də üzvlük müqaviləsi bağlaya bilək”, – deyə o qeyd edib. Kos əlavə edib ki, Aİ yalnız üzvlük anında deyil, həmçinin növbəti 5–15 il ərzində də birlik normalarına əməl olunmasına zəmanət verməyə çalışır.

O vurğulayıb ki, Aİ-də gələcək genişlənmə sazişlərinə yeni “təhlükəsizlik mexanizmlərinin” daxil edilməsi məsələsi nəzərdən keçirilir. Lakin konkret mexanizmlər hələ müzakirə mərhələsindədir.

Bundan əvvəl Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq da daxil olmaqla bir sıra Aİ ölkələri yeni üzvlərin Avropa standartlarına uyğunlaşma dövründə onların səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması imkanının araşdırılmasına çağırmışdılar.

Eyni zamanda, Albaniya keçid dövründə veto hüququnun məhdudlaşdırılması şərti ilə belə, Aİ-yə üzvlük tələblərini qəbul etməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »