Baş nazir Ünal Üstelin Xocalı Soyqırımının 33-cü ildönümü münasibətilə paylaşım edib.
Bizimyol.info xəbər verir ki, Şimaki Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstelin paylaşınında:
“1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 günahsız azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Azərbaycanlı qardaşlarımız məruz qaldıqları vəhşiliyin əvəzini 2020-ci ildə 44 gün davam edən, tarixlərində yeni səhifə açan şanlı dastanla ödədilər.
Günahsız dinc insanlara qarşı törədilən bu qətliamın acısını hələ də qəlbimizdə hiss etdiyimiz halda, Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı verirəm.
“Bir millət, üç dövlət” anlayışı ilə ŞKTC ədalətli mübarizəsində daim Azərbaycanın yanında olmağa davam edəcəkdir”, - deyə qeyd edilir.






