“Xocalı soyqırımının acısı hələ də qəlbimizdə hiss olunur”.
Bizimyol.info xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezident Ersin Tatar yazılı mesajında qeyd edib
Tatar: “1992-ci il fevralın 26-da Azərbaycanda baş vermiş Xocalı faciəsinin 33-cü ildönümündə həyatını itirənlərin acısı hələ də qəlbimizdə hiss olunur.
Bəşəriyyət və dünya tarixinə qara ləkə olan Xocalı Soyqırımında 613 azərbaycanlı qardaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan oğurlanıb, minlərlə insan əsir götürülüb.
Azərbaycanlı qardaşlarımızın məruz qaldığı soyqırımın ardınca 2020-ci ildə Xocalı və Şusa da daxil olmaqla Qarabağ 44 gün davam edən şanlı qələbə ilə geri qaytarıldı və yeni dövr başladı. Bu hiss və düşüncələrlə Xocalı Soyqırımında həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına ən səmimi və ürəkdən gələn hisslərimi, Kipr türk xalqının həmrəyliyini bildirirəm”, - deyə mesajda qeyd edib.






