Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ukraynanı yenidən quracaq: Tenderin tarixi açıqlanıb
Türkiyə Ukraynanı yenidən quracaq: Tenderin tarixi açıqlanıb

Müharibədə bəzi bölgələri ciddi ziyan dəymiş Ukraynanın yenidən qurulması ilə bağlı təmaslar sürətlənib. Ukrayna Türkiyə tərəfinə 2025-ci il üçün nəzərdə tutulan layihələrin siyahısını verdiyi halda, təcili layihələr üçün tenderlər aprel və may aylarında keçiriləcək.

Bizimyol.info "Turkiye" qəzeyinə istinadən xəbər verir ki, Türkiyənin Kiyevdəki səfirliyinin rəsmiləri və Ukraynanın İcmalar və Regional İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən İnfrastrukturun İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəsmiləri türk şirkətlərinin Ukraynada həyata keçirdikləri layihələri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ukrayna rəsmiləri bildiriblər ki, Ukraynanın yenidən qurulması üzrə planlaşdırma davam edir və bu il həyata keçiriləcək bəzi təxirəsalınmaz layihələr üçün aprel və may aylarında tenderlərin keçirilməsi gözlənilir.

O da gündəmə gətirilib ki, İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin əsas prioriteti avtomobil yollarında mövcud gömrük keçid məntəqələrinin yenilənməsi, yenilərinin tikilməsi və ölkə ərazisində qüvvədə olacaq ödənişli avtomobil yolları sisteminin yaradılmasıdır. Ukrayna tərəfi bu kontekstdə 2025-ci ildə tenderin keçirilməsinin planlaşdırıldığını bildirib. Ukrayna hakimiyyəti Türkiyə tərəfinə 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan digər mühüm layihələrlə bağlı siyahı da təqdim edib. Siyahıda bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial ev layihələri və su təchizatı layihələrini ehtiva etdiyi bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski ötən həftə Ankarada görüşüb. Ərdoğan bildirib ki, o, Zelenskiyə türk şirkətlərinin Ukraynaya müharibənin vurduğu ziyanın aradan qaldırılmasında və yenidənqurma işlərində dəstək verməyə hazır olduğunu çatdırıb: “Mən səmimi qəlbdən inanıram ki, Ukraynada sülhün bərqərar olması ilə münasibətlərimiz gələcək dövrdə strateji tərəfdaşlığımıza yaraşaraq daha da yüksək səviyyələrə qalxacaq”,- deyə Ərdoğan qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »