Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın atom bombası yaratmaq arzusu, onu qlobal səviyyədə cəbhə ilə qarşı-qarşıya gətirə bilər" - Video
"İranın atom bombası yaratmaq arzusu, onu qlobal səviyyədə cəbhə ilə qarşı-qarşıya gətirə bilər" - Video

“İran, ABŞ və İsrailin Yaxın Şərqdə məsələləri həll etmək üçün müxtəlif fikirləri var. İran keçən 15 ayın içində bütün proksi qüvvələrini itirib. “HƏMAS”-ın İsraili təhlükəyə salmaq qüdrəti qalmayıb. “Hizbullah” böyük zərbələr alıb. Daha onun əvvəllər olduğu kimi İsrailin qarşısında dayanmaq gücü yoxdur. Livanda”Hizbullah”ın artıq əvvəlki gücü qalmayıb. Suriyada da İranın müttəfiqi olan Əsəd rejimi dağıldı. İran demək olar ki, son 46 il ərzində bu günki qədər zəif vəziyyətə düşməmişdi”.

Bu barədə danışan güneyli siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran bir tərəfdən proksi qüvvəlırini itirib, digər tərəfdən iqtisadi sanksiyalar maksimum həddədir, bir başqa tərəfdən avropalılar İrana qarşı siyasi təzyiqləri çoxaldıblar və deyirlər ki, İran Rusiya ilə Ukrayna müharibəsində həmrəylik göstərir, bu vəziyyət Avropanı təhlükəyə salır.

Maşallah Rəzmi Maşallah Rəzmi

“Bir tərəfdən İsrail deyir ki, “İran atom bombası düzəltmək istəyir, biz bunu qəbul etmirik”. Yəni ABŞ iqtisadi sanksiyalarla, Avropa siyasi təzyiqlərlə, İsrail hərbi təhdidlərlə İranın üzərinə gəlir. İran daxilində 80-85 faiz əhali də İran İslam Respublikasını istəmir. Yəni əvvəlki kimi hökümətin millət daxilində etibarı yoxdur. Odur ki, İran çox zəifləyib”.

Maşallah Rəzmi deyir ki, İran zəiflədiyi üçün məcburdur ki, tezliklə atom bombası yaratsın: “İran atom bombası yaratmağa başlasa, İrana qarşı beynəlxalq bir cəbhə yaranacaq və onun vəziyyəti indikindən qat-qat pis olacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »