Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: USAİD biosilahların hazırlanmasını maliyyələşdirib
Mask: USAİD biosilahların hazırlanmasını maliyyələşdirib

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Bilirdinizmi ki, USAİD sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan "COVID-19" da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?", - deyə o qeyd edib.

O, əvvəllər USAİD-i “ölməyə ehtiyacı olan” cinayət təşkilatı hesab etdiyini bildirmişdi.

"Associated Press" mənbələrə istinadən xəbər verir ki, USAİD-in iki təhlükəsizlik rəhbəri DOGE ilə münaqişə səbəbindən inzibati məzuniyyətə göndərilib - onlar Maskın agentliyinə məxfi məlumat verməkdən imtina ediblər.

Yanvarın sonunda "NBC News" xəbər verib ki, USAID-in 50-dən çox əməkdaşı növbəti bildirişə qədər tam maaş və müavinətlərlə inzibati məzuniyyətə buraxılıb. Bu addıma "USAİD-də Prezidentin sərəncamlarını yayındırmaq məqsədi daşıyan bəzi hərəkətlər"lə bağlı aparılan araşdırma səbəb olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »