ABŞ prezidenti Donald Tramp amerikalı milyarder İlon Mask və onun "SpaceX" şirkətini ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Boeing" şatlının nasazlığı səbəbindən təxminən 8 aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan astronavtların geri qaytarılmasına kömək etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Tramp “Truth” sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
Astronavtların aylardır BKS-də gözlədiklərini qeyd edən Tramp: “Mən Elon Mask və "SpaceX"dən ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentliyi dövründə faktiki olaraq kosmosda tərk edilmiş iki cəsur astronavtı “geri gətirməyi” xahiş etdim”, - deyə qeyd edib.
Digər tərəfdən Mask, "X" sosial media platformasındakı paylaşımında astronavtların ən qısa zamanda Yerə gətirilməsi üçün səy göstərəcəyini vurğulayıb.
Uilyams və Vilmore 5 iyun 2024-cü ildə "Boeing"in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün BKS-ə göndərilib.
Lakin Starlinerdə yaranan texniki problem səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
Təxminlərə görə, missiyanı öz üzərinə götürən "SpaceX"in ehtiyat kapsul buraxılış tarixi təxirə salındığından və onların kosmosda qalması ilə əlaqədar iki astronavt martın sonu və ya aprelin əvvəlinə kimi Yerə qayıda bilməyəcək. Onlar stansiya təxminən 10 ay qalmalı olacaqlar.
Qadir, Bizimyol.info






