Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir almanın iki yarısı", yoxsa başqa "dünya"nın insanları... Sevgiyə qarşılığı necə tapmalı? - Psixoloq şərhi
"Bir almanın iki yarısı", yoxsa başqa "dünya"nın insanları... Sevgiyə qarşılığı necə tapmalı? - Psixoloq şərhi

Əks qütblərin bir-birini cəlb etməsi fizika-kimya prinsipinə əsaslandırılır və bunun insanlar üçün də keçərli olduğu deyilir. Amma reallıq belə deyil. Həyatda əslində bir-birinə bənzəyən insanlar bir-birini cəlb edir. Sevgili olan və ya uzun müddətdir birlikdə olan cütlüklərdən ilkin olaraq onları bir-birlərinə nə cəlb etdiyini soruşduqda tez-tez eşidirik: “Ortaq cəhətlərimiz çox idi, eyni şəhərdə doğulmuşuq, eyni yeməkləri sevirdik, analarımızın hər ikisi müəllim idi, danışacaq çox şeyimiz var idi” və ya “ikimiz də bir-birimizi sevirdik” ,“ikimiz də həssas idik, onun yanında özümü rahat hiss edirdim, məni başa düşürdü, o da mənim kimi dindar idi”.

Mütəxəssislərin fikrincə, kişi ilə qadın arasındakı oxşarlıqlar həm əlaqənin başlanğıcında cazibədar, həm də əlaqənin davamında təsirli olur. Diqqət etmisinizsə, dostlarımız və ya qohumlarımız adətən xasiyyəti, boyu və ailəsi baxımından bizə daha uyğun gələn insanları evlənmək üçün tövsiyə edirlər.

Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mədəni və iqtisadi vəziyyət, təhsil səviyyəsi, peşəsi, ailə mənşəyi, fiziki oxşarlıq, intellekt, yaş, şəxsiyyət xüsusiyyətləri, emosional yetkinlik səviyyəsi, irq, din və bir çox başqa sahədəki oxşarlıqlar kimin kimə aşiq olacağına və ya kimlərə aşiq olacağına təsir edən amillərdir.

Psixoloq Rafiq Allahverdiyev Psixoloq Rafiq Allahverdiyev

“Bənzərlik nə qədər çox olarsa, aşiq olmaq və daha uzunmüddətli və məmnuniyyətverici bir əlaqəyə sahib olma ehtimalı bir o qədər çox olar. İnsanlar sevgili və ya həyat yoldaşı olaraq özlərinə bənzəyən insanları seçməyə meyllidirlər. Biz adətən insanları yaşlarına, təhsil səviyyəsinə, irqinə və dininə görə süzgəcdən keçiririk. Bu seçimdən keçənlər daha sonra onların münasibəti, fikirləri, iqtisadi vəziyyəti, fiziki xüsusiyyətləri, şəxsiyyəti və davranışı, ailə xüsusiyyətləri əsasında qiymətləndirilir. Oxşar sosial, mədəni, iqtisadi mənşəyə, oxşar hazırkı statusa və oxşar zəkaya malik insanlar üçün ünsiyyət qurmaq daha asandır”-deyən pisxoloq qeyd edib ki, ümumiyyətlə, qənaət və gözləntilər eynidir.

Bir münasibətdə kimin nəyi necə edəcəyi danışılmadan başa düşülür və bunlar qarşılıqlı olaraq düzgün qəbul edilir. Münaqişələr minimuma endirildikcə, birlikdə görülən fəaliyyətlər artır, ortaq xatirələr artdıqca ortaq məna artır və əlaqələr daha xoşbəxt və daha məmnun olur.

Qarşı qütblər arasındakı əlaqələr, fərqlər əvvəlcə cazibə yarada bilər. Çünki insan özündə olmayanlarla maraqlana və bir müddət bunu yaşamaq istəyə bilər. Bəzən bu fərqlər münasibətlərə zənginlik və rəng qata bilər. Ancaq bu cür münasibətlər adətən uzun sürmür. Özündən razı olan insanlar özünə bənzəyən insanları, özündən narazı olanlar da əks qütbləri seçirlər. Xoşbəxt və özünü sevən insan təbii olaraq öz əksini sevər. Qısacası, keçmişi, yaşı, fiziki xüsusiyyətləri, intellekt, təhsil səviyyəsi, emosional yetkinlik səviyyəsi, maraqları və həyat gözləntiləri baxımından sizə bənzəyən biri sizi daha çox cəlb edir və daha xoşbəxt olursunuz. Odur ki, əgər məktəbdə və ya işdə hələ də sizə bənzər bir insanla rastlaşmamısınızsa, uzaqdan kiminsə gəlib əsməsini gözləməkdənsə, dostlarınızın və ya yaxınlarınızın sizi tanış edəcəyi insanlara daha çox diqqət yetirmək daha yaxşı olardı.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »