Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümünü qeyd edən bəyanat yayıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
“Kıbrıs türklərinin suverenlik və azadlıq mübarizəsinin ən mühüm simvolu olan Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü mübarək! Ana vətən və zamin Türkiyə hər zaman Kipr türklərinin yanında olacaq, onların hüquq və mənafelərini qoruyacaq”, - deyə nazirliyin yaydığı bəyanatda qeyd edilib.
Qadir, Bizimyol.info
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 15, 2024






