Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğandan ŞKTC prezidenti Tatara təbrik məktubu: “Beynəlxalq ictimaiyyət ŞKTC-ni tanımalıdır"
Prezident Ərdoğandan ŞKTC prezidenti Tatara təbrik məktubu: “Beynəlxalq ictimaiyyət ŞKTC-ni tanımalıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatara Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Prezident Ərdoğan məktubunda Kipr Türk xalqının 60 ildən artıqdır ki, varlıq uğrunda apardığı davamlı mübarizəni vurğulayıb.

"Bunun ən dəyərli təzahürü olan Şimali Kipr Türk Cümhuriyyətinin yarandığı gündən bu yana suverenliyini günü-gündən gücləndirərək gələcəyə doğru möhkəm addımlar atması bizim üçün böyük qürur mənbəyidir", - deyə Türkiyə prezidenti qeyd edib.

Prezident Ərdoğan Kipr məsələsində ədalətli və davamlı həllin əldə edilməsinin Kipr Türk xalqının suveren bərabərliyinin qeydə alınması və hüquqlarının təmin edilməsi ilə mümkün olduğuna diqqət çəkib.

“Beynəlxalq ictimaiyyət Şimali Kipr Türk Cümhuriyyətini tanımalı və ölkənizlə diplomatik, siyasi və iqtisadi əlaqələrin qurulmasına zəmin yaratmalıdır", - Ərdoğan bildirib.

Prezident, vətən və zamin olan Türkiyənin hər zaman Kipr türk xalqının yanında olmağa davam edəcəyini vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »