İqlim Dəyişikliyi Sammiti: Türkiyə və Azərbaycandan olan gənclər, peşəkarlar və akademiklər Bakıda görüşdülər.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Bahçeşehir Universiteti (BAU), CİFAL İSTANBUL, UNITAR, ASAP, Bilimsenol Platforması ilə birgə, 1 Noyabr 2024-cü il tarixində Bakıda Azərbaycan Texniki Universitetində qeyri-hökumət təşkilatları, alimlər və tələbələrin iştirakı ilə keçirilən İqlim Dəyişikliyi Zirvəsi iqlim dəyişikliyinə qarşı davamlı həll yolları hazırlamaq üçün Türkiyə və Azərbaycandan gəncləri, mütəxəssisləri və alimləri bir araya gətirdi.
Zirvənin məqsədi, COP29 konfransına qədər gənclərin iqlim dəyişikliyi haqqında məlumatlılığını artırmaq, onları iqlimlə mübarizədə fəal rol almağa təşviq etmək və davamlı həllər istehsal etmək üçün onları gücləndirməkdir. Bahçeşehir Universiteti, Bilimsenol Platforması ilə əməkdaşlıq və müxtəlif qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilib. Tədbir gənc iştirakçılara öz bilik və təcrübələrini bölüşmək və yeni əməkdaşlıqlar inkişaf etdirmək imkanı təqdim edəcək.
Açılış nitqləri ilə başlayan zirvədə Bilimsenol Platformasının Qurucusu Emir Belli, "Biz bu gün gələcəyimizi təhdid edən iqlim dəyişikliyi probleminin həlli yollarını birlikdə axtarmaq üçün toplaşmışıq" deyə qeyd edib.
Azərbaycan Texniki Universitetinin prorektoru Prof. Dr. Nurəli Yusifbəyli iqlim dəyişikliklərinin dünyamıza ciddi təsirlərinin olduğunu vurğulayıb.
Bahçeşehir Universiteti rektorunun müşaviri İhsan Alpargın İqlim Dəyişikliyi Sammitinin əhəmiyyətindən danışıb: "Türkiyə və Azərbaycan gəncləri və universitet, ictimai birliklər kimi qurumlar arasında əməkdaşlığın inkişafı regional və beynəlxalq mövzulara birgə həll yolu tapmaq üçün önəm daşıyır".
İqlim Dəyişikliyi Sammitində Evrika Liseyinin hazırladığı Sıfır Tullantı Moda nümayişində ibtidai və orta məktəb şagirdləri birdəfəlik kauçuk qabların və kağız məmulatlarından hazırlanmış kostyumlarla səhnəyə çıxıblar.
Açılışda İstanbul Universiteti Ünsiyyət Fakültəsi Doktoru İlkay Nişancının rejissorluğu ilə İqlim Dəyişikliklərinin Təsirlərinə dair "EKO EKO EKO" Sənədli filminin xüsusi nümayişi yayımlandı.
Gaziantep Benim Kolleci Layihə Meneceri Şule Kulekçi İqlim Dəyişikliyi və Sıfır Tullantı sahəsində apardığı elmi innovativ işlərdən danışıb, Proqramda səhiyyədə istifadə üçün püstə qabıqlarından maska istehsalı layihəsindən, Qaziantep Zibil Təsislərindən alınan tullantılardan ekoloji cəhətdən təmiz bioplastik istehsal işlərindən danışıb.
MÜSİAD Azərbaycan Qeyri-Hökumət Təşkilatları, Parlaq Gələcəklər Dərnəyi və Türk Qızıl Aypara qatılıb. Sahibkarlıq Ekosistemi İqlim Dəyişikliyi Sammitində bir araya gələn Proqramda "Ecoleaf", "Neyron X Team", "Sky x" komandası iqlimə əsaslanan təşəbbüslərini nümayiş etdirdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Yerli İcmaların Rolu panelində Türk Qızıl Aypara Nümayəndə heyətinin rəhbəri Hüseyn fəlakət, iqlim dəyişikliyi və sağlamlıq sahələrində gördüklərini qeyd edib. Parlaq Gələcəklər Dərnəyinin həmtəsisçisi Melisa Tan, davamlı təhsil üçün zəlzələ bölgəsində başladıqları Kitabxana layihələrindən danışıb.
Bir çox universitetlərin tələbələri və akademikləri proqrama böyük maraq göstəriblər. Bundan başqa, Azərbaycan İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tullantı materiallarından hazırladığı rəsm sərgisi iqlim dəyişikliyi sammitimizdə böyük əhəmiyyət kəsb etdi.
İqlim dəyişikliyi zirvəsinin açılış mərasimi və birinci panelindən görüntüləri aşağıdakı keçidlər vasitəsilə izləyə bilərsiniz:
- https://www.facebook.com/share/v/FkHwaEb1Cvp7w9o4/
- https://www.facebook.com/share/v/GZkdXsrGytbxKFxG/
Orxan, Bizimyol.info






