Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask 11 övladı ilə birlikdə yaşamaq üçün malikanə alıb
Mask 11 övladı ilə birlikdə yaşamaq üçün malikanə alıb

Dünyanın ən varlı adamı İlon Mask ABŞ-ın Texas ştatında 11 övladının birlikdə yaşaması üçün kifayət qədər yer olan malikanə alıb.

Bizimyol.info xəbər verir ki, “New York Times” qəzetinə danışan mənbələr milyarder iş adamının min kvadrat metr ərazidə tikilən ev üçün 35 milyon dollar ödədiyini bildirib.

Bildirilib ki, Mask İtaliyanın Toskana bölgəsindəki evlərə bənzəyəcək şəkildə hazırlanan evində bütün uşaqları ilə vaxt keçirməyi planlaşdırır. “Tesla” və “SpaceX” rəhbəri xüsusilə 6 azyaşlı uşağının anaları Şivon Zilis və Qraymsın bitişik evlərə köçməsini istəyir.

Maskın Zilis və Qrimsdən üç övladı var, ən böyüyünün 4 yaşı var.

Onun birinci həyat yoldaşı Justine Muskdan olan 5 yetkin uşağını tez-tez görmədiyi bilinsə də, Maskın yeni evdə onların hər birinə otaq ayırdığı bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »