Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"COP 29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq" - Video
"COP 29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq" - Video

Dövlət Miqrasiya Xidməti tərəfindən COP 29 Təşkilat Komitəsi, COP 29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə bu gün Heydər Əliyev adına hava limanında COP 29-la bağlı keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev danışıb. İdarə rəisi qeyd edib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış Sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb.

Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək, COP 29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.

Ülvi Əliyev vurğulayıb ki, bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız qaydada gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat və maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb.

“COP 29-la bağlı rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib”-deyən Ülvü Əliyev bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda, Xidmətin Çağrı mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı zəruri tədbirlər görülüb. O, həmçinin bildirib ki, noyabrın 18-i COP 29 tədbiri zamanı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirənin keçirilməsi planlaşdırılır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »