Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2-3 gün ərzində Rusiya Şimali Koreya qoşunlarını cəbhədə istifadə edəcək - Zelenski
2-3 gün ərzində Rusiya Şimali Koreya qoşunlarını cəbhədə istifadə edəcək - Zelenski

Oktyabrın 27-28-də Şimali Koreyanın ilk ordusu döyüş bölgələrində Rusiya tərəfindən istifadə döyüşlərdə iştirak etməyə başlayacaq.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Kəşfiyyat məlumatlarına görə, artıq oktyabrın 27-28-də Şimali Koreyanın ilk ordusu Rusiya tərəfindən döyüş bölgələrində istifadə olunacaq. Bu günlərdə Kazanda çox eşidilən bütün dezinformasiyalardan fərqli olaraq bu, Rusiyanın açıq-aşkar eskalasiya addımıdır. Dünya Rusiyanın həqiqətən nə istədiyini açıq şəkildə görür və bu, müharibəni davam etdirmək deməkdir. Buna görə də dünya liderlərinin prinsipial və sərt reaksiyasına ehtiyac var”, - deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Şimali Koreyanın hərbi əməliyyatlarda faktiki iştirakı yumulmuş gözlərlə və çaşqın şərhlərlə deyil, həm Moskva, həm də Pxenyana BMT Nizamnaməsinə riayət etmək və gərginliyin artmasına görə cəzalandırmaq üçün ciddi təzyiqlə qarşılanmalıdır.

Ukrayna mətbuatının verdiyi məlumata görə, oktyabrın 24-də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Rusiya poliqonlarında təlim keçmiş Şimali Koreya hərbi qulluqçularının ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş zonasındadır.

Kəşfiyyat ekspertlərinin fikrincə, Rusiyaya ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgəri köçürülüb.

Onların arasında 500 zabit və üç Pxenyan generalı var. Kəşfiyyat məlumatlarına görə, əsgərlər döyüş sursatı, yataq dəstləri, qış geyimləri və ayaqqabıları, həmçinin gigiyena qaydaları ilə təchiz olunub. Xüsusilə, Moskva, müəyyən edilmiş standartlara uyğun olaraq, hər bir Şimali Koreyaya əsgərinə ayda 50 metr tualet kağızı və 300 qram sabun ayıracaq.

Xarici hərbçilər beş poliqonda - "Baranovski" (Ussuriysk), "Donguz" (Ulan-Ude), "Ekaterinoslavski" (Ekaterislavka), 248-ci (Knyaz-Volkonskoye) və 249-cu (Sergeevka) poliqonlarında müharibəyə hazırlanır. Koordinasiya üçün bir neçə həftə verilib. Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Evkurov qoşunların təlimi və uyğunlaşmasına nəzarət edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »