Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarğıdalı sahələrini dronlarla müşahidə etməyin faydaları məlum olub
Qarğıdalı sahələrini dronlarla müşahidə etməyin faydaları məlum olub

Məlum olub ki, qarğıdalı sahələrini dronla müşahidə etmək məhsulun sağlamlığına və məhsuldarlığına müsbət təsir göstərir.

Bizimyol.info xəbər verir ki, "webtekno" bununla bağlı maraqlı yazı təqdim edib.

Bildirilir ki, qarğıdalı bütün dünyada qida istehsalı, ticarəti və müxtəlif sektorları xammalla təmin etmək üçün yetişdirilir. Qarğıdalı bitkisi də uzun, otlu gövdə üzərində böyüyür. Külək, yağış, vəhşi heyvanlar kimi səbəblərdən qarğıdalı əyilə və ya yıxıla bilər. Bu, bitkilərin böyüməsinə və məhsuldarlığına mənfi təsir göstərir.

Ənənəvi əkinçilik üsullarında "yatma" adlanan bu problemi həll etmək üçün əkin sahələrinin uzunmüddətli müayinəsi tələb olunur. Çində bir araşdırma qrupu, Pilotsuz Hava Vasitələrinə əsaslanan hiperspektral görüntüləmə üsullarının əyilmə aşkarlanması üçün faydalı ola biləcəyini ortaya qoyub. Komandanın fikrincə, bu üsul sayəsində sahələrin fiziki müayinəsi üçün xərc və vaxt tələbi xeyli azalacaq.

Qarğıdalı sahələrinə nəzarət asanlaşacaq

Yangzhou Universitetindən Dr. Qian Sun: "PUA əsaslı hiperspektral görüntüləmə texnologiyası zərərvericilərə məruz qalan məhsulların sürətli və qeyri-dağıdıcı qiymətləndirilməsinə, bitki sağlamlığının monitorinqini və kənd təsərrüfatının idarə edilməsini yaxşılaşdırmağa imkan verir", - deyə qeyd edib.

Bu texnologiya ilə dronlar minimum insan müdaxiləsi ilə ərazini yoxlayır. Dron təkcə kamera ilə şəkillər çəkmir, həm də çoxlu spektral diapazonlardan ətraflı məlumat toplayır. Qarğıdalı bərpasını dəqiq qiymətləndirmək üçün tədqiqatçılar həm "yatan" ərazinin həcmini, həm də xlorofil istehsalı kimi fizioloji fəaliyyətləri araşdırdılar. Bu üsul fermerlərə tarlalarından məhsuldarlığı optimallaşdırmağa kömək edə bilər.

Bu cür texnologiyalar zaman keçdikcə daha çox yayıla bilər. Bundan əvvəl dronlardan yanğınları izləmək və çətin əldə edilən ərazilərə toxum əkmək üçün istifadə olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »