İngiltərədə aparılan bir araşdırma göstərdi ki, musiqi dinləmək demans (beyinə mənfi təsir göstərən xəstəlik) xəstələrinin narahatlığını azaldır.
Bizimyol.info xəbər verir ki, Kembric Musiqi Terapiyası Tədqiqat İnstitutunun alimləri tərəfindən aparılan araşdırma, musiqi dinləmənin demans xəstələrinə əhəmiyyətli dərəcədə təsir etdiyini sübut ediblər.
Açıqlamada demans xəstələrinin sevdikləri musiqiyə təkrar-təkrar qulaq asdıqları zaman ürək döyüntülərinin və hərəkətlərinin dəyişməsinin müşahidə edildiyi, musiqinin beyni canlandırmağa kömək edə biləcəyi də qeyd edilib.
Akademiklər həmçinin demanslı insanların musiqi dinləyərkən və dinlədikdən sonra daha az narahat olduqlarını, ümumi əhval-ruhiyyələrinin yaxşılaşdığını və müntəzəm musiqi seanslarından sonra daha az dərmana ehtiyac duyduqlarını bildiriblər.
Qadir, Bizimyol.info






