Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Qafqazda Rusiyanın siyasəti üzrə hərəkət edir, bu siyasətə zidd addım ata bilməz" - Video
"İran Qafqazda Rusiyanın siyasəti üzrə hərəkət edir, bu siyasətə zidd addım ata bilməz" - Video

“İran səlahiyyətliləri, İran rəhbərliyi Zəngəzur dəhlizini özləri üçün qırmızı xətt adlandırmaqla keçmişdə olan yanlış siyasətlərinin üstünü örtməyə çalışırlar. Xarici İşlər naziri deyir ki, biz qonşu ölkələrdə sərhədlərin dəyişməsinə və pozulmasına qarşıyıq. Bu, bizim qırmızı xəttimizdir. Amma 30 il müddətində Ermənistan-Azərbaycan torpaqlarını işğal edib sərhədlərini pozmuşdu, amma bu dövrdə İran özünə qırmızı xətt çəkməmişdi. Bu məsələyə heç etiraz da etmirdi. Əksinə Ermənistanla əməkdaşlıq edirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi deyib ki, indi İranın Ermənistanla 40 km sərhəddi var və onu özünə qırmızı xətt seçib və bununla bağlı müxtəlif fikirlər irəli sürürlər. Maşallah Rəzmi hesab edir ki, İran bu məsələdə heç bir iş görə bilməyəcək, görə də bilməz: “Əgər Ermənistan Azərbaycanla bu məsələdə razılaşsa və yol açılsa, bu məsələdə İran kimdir ki, müdaxilə edə bilsin?”

Maşallah Rəzmi Maşallah Rəzmi

Şərhçi qeyd edib ki, İran Qafqazda rusların siyasəti ilə hərəkət edir: “İran rusların siyasətindən fərqli və yaxud rusların siyasətinə zidd olan heç bir addım ata bilməz. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən zaman ruslar bu işğalı qəbul edirdilər, İran da qəbul edirdi. Azərbaycan tarixi torpaqlarını erməni işğalından azad edəndən sonra rusların mövqeyi dəyişdi. İran bu məsələdə ortada qaldı. Hiss etdi ki, bu məsələyə tərəf olmaqla uduzub. İndi də bu məsələ üzərində müxtəlif bəhanələr irəli sürür. Gah həmin ərazini Turan hesab edir, gah da NATO deyir. İranda olan erməni lobbiçiləri də bu məsələni daim qızışdırmağa çalışırlar”.

Maşallah Rəzminin fikrincə, İran bu məsələdə heç bir iş görə bilməz və deyilən sözlərin təməlində boşluq var.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »