Bəli, hamımız qəbul edirik ki, qidalanarkən hər şeyin həddən çoxu zərərlidir, amma bunun ölümcüllük dərəcəsi nə qədərdir? Məzələn, neçə fincan qəhvə bizi öldürə bilər?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, qəhvə içmək bir çoxumuz üçün yemək və ya su içmək kimi bir fəaliyyətə çevrildi.
"Qəhvə içmədən oyana bilmirəm", - deyənlər Double Ristretto Venti Nonfat Organic Chocolate Brownie Frappuccino Extra Hot Foam Double Blended qəhvə sifariş verənlər, ikiqat türk qəhvəsi içənlər...
İctimai fəaliyyətimizin vazkeçilməz obyekti, qoxusu belə bizi sevindirən desertlərin ən gözəl müşayiəti olan kofe içdikcə, daha çox içsək ölümə səbəb ola bilər? Elmin cavabı var.
Addım-addım gedək, bir stəkan qəhvədə nə qədər kofein var?
Təbii ki, qəhvənin tərkibindəki kofeinin miqdarı qəhvənin növünə, dəmləmə üsuluna və porsiya ölçüsünə görə dəyişir.
Standart bir fincan qəhvənin 240 ml olduğunu nəzərə alsaq, bir fincan filtr qəhvənin tərkibindəki kofeinin orta miqdarı 95 mq-dır. Bu kofein miqdarı 30-200 mq arasında dəyişə bilər, lakin təbii ki, orta hesabla başlayacağıq.
Bəs həddindən artıq kofein istehlakının fəsadları nələrdir? Həqiqətən öldürücüdürmü?
Həddindən artıq kofein istehlakı narahatlıq, baş ağrısı, ürək döyüntüsü, həzm problemləri, yuxusuzluq, ürək döyüntüsü, yüksək qan təzyiqi kimi nəticələrə səbəb ola bilər, lakin bundan başqa bir şey də var:
Taxikardiya və ölüm.
Kofeinin öldürücü dozası 10 qramdır. Bunu 1 fincan qəhvənin 95 mq olduğuna əsaslanaraq hesablasaq, 105 stəkan qəhvə içən adam, həqiqətən ölə bilər.
Qadir, Bizimyol.info






