Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin "Polad Günbəz"inin görüntüsü yayıldı - "Trthaber"
Türkiyənin "Polad Günbəz"inin görüntüsü yayıldı - "Trthaber"

Müdafiə Sənayesi İcraiyyə Komitəsində adı ilk dəfə səslənən "ASELSAN"ın hazırladığı "Polad Günbəz"in görüntüsü yayıldıb.

Bizimyol.info xəbər verir ki, görüntüləri ilk dəfə "trthaber" əldə edərək yayıb.

Türkiyə uzun müddətdir ki, öz çoxtərəfli hava hücumundan müdafiə sistemi ailəsini yaradır. Bu ailənin daxilindəki yaxın hava hücumundan müdafiə sistemləri, aşağı və orta hündürlük sistemləri artıq inventarlaşdırılıb. Uzun mənzilli hava hücumundan müdafiə sistemi "SİPER"in birinci mərhələsi başa çatıb.

Komitədə "Polad Günbəz" adı altında bu ailənin qarşılıqlı fəaliyyət göstərməsi, yeni yaradılmış hava radar sistemləri ilə uyğun işləməsi, eyni vaxtda hava şəklinin yaradılması və əməliyyat mərkəzindən idarə olunması müzakirə edilib.

"ASELSAN" tərəfindən hazırlanan sistem tam şəkildə tətbiq edildikdə, milli "Polad Günbəz" demək olar ki, istənilən yüksəklikdən Türkiyə hava məkanına daxil olan və ya daxil ola biləcək bütün təhlükələri aradan qaldıra biləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »