Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüş keçirəcək
Sabah Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüş keçirəcək

Ermənistan və Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.

Bizimyol.info xəbər verir ki, bu barədə türkiyəli teleaparıcı Sena Alkan məlumat verib.

O, "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, görüşün səhər saatlarında Ermənistan tərəfdə, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağını bildirib.

Rubinyanla Kılıç arasında görüş iyulun 3-də planlaşdırılsa da, sonradan Türkiyə tərəfi müəyyən səbəblərdən görüşü təxirə salıb.

Sonuncu dəfə iki ölkənin xüsusi nümayəndələri 2024-cü ilin fevral ayının sonunda Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşüblər. Orada danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında Yerevan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Bunun üçün zəruri proseslər gedir. Lakin məsələ hələ də həllini tapmayıb. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »