Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosda qapalı qalan astronavtlardan açıqlama: Biz evə qayıdacayıq
Kosmosda qapalı qalan astronavtlardan açıqlama: Biz evə qayıdacayıq

Beynəlxalq Kosmik Stansiyada "Boeing"in "Starliner" gəmisində müvəqqəti olaraq qapalı qalan iki astronavt Yerə qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ-ın “Boeing” aviasiya şirkətinin “Starliner” gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən astronavtlar həftələrdir ki, Yerə qayıtmağı gözləyirlər. Kosmosda qapalı qalan astronavtlar Sunita Uilyams və Buç Vilmore verdiyi açıqlamada sağ-salamat Yerə qayıdacaqlarını bildiriblər.

İtici sınaqları tamamlandıqdan sonra geri qayıtmağı planlaşdırdıqlarını ifadə edən Uilyams və Vilmore orbitdə əlavə vaxt keçirməkdən şikayət etmədiklərini və stansiya komandasına kömək etməkdən həzz aldıqlarını bildiriblər.

Kosmos stansiyasında elmi təcrübələr və baxım işləri apardıqlarını izah edən Uilyams: "Mən çox yaxşı hiss edirəm ki, kosmik gəmi bizi heç bir problem olmadan evə çatdıracaq", - deyə bildirib.

Yenidən orbitdə olmağın əla olduğunu və özlərini evdəki kimi hiss etdiklərini ifadə edən Uilyams: "Mən şikayət etmirəm, Buç da narahat deyil. Daha bir neçə həftə buradayıq", - deyib.

Vilmore Starliner Beynəlxalq Kosmik Stansiyada dok sahəsinə yaxınlaşarkən, bir neçə mühərrikin sıradan çıxdığını, həkətverici gücün zəiflədiyini gördüyünü, onların bu mövzuda təcrübəli və təlim keçdiyini və bir saatdan çox müddətdə mühərriki əl ilə idarə etdiklərini söyləyib.

Sınaq missiyası üçün bir neçə gecikmədən sonra iyunun 5-də Beynəlxalq Kosmik Stansiyaya astronavtlarla birlikdə ilk Starliner şatl buraxıldı. Təxminən 27 saatlıq uçuşdan sonra ISS-ə yanaşan Starliner, səyahəti zamanı helium sızması yaşadı və 28 mühərrikdən 4-ü zədələndi. Astronavtlar onlardan 3-nü işə sala biliblər.

Kosmik missiyanın təxminən bir həftə davam etməsi planlaşdırılırdı, lakin təhlükəsizlik narahatlıqlarını artıran texniki problemlər səbəbindən qayıdış təxirə salındı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »