Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-a məxsus "MQ-9" pilotsuz uçuş aparatının Buşehr üzərində vurulduğunu açıqlayıb
İran ABŞ-a məxsus "MQ-9" pilotsuz uçuş aparatının Buşehr üzərində vurulduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-a məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatının ölkənin cənubunda yerləşən Buşehr əyalətinin hava məkanında vurulduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İİKK-nın nümayəndəsi Hüseyn Möhibinin sözlərinə görə, hadisə sübh saatlarında baş verib. O bildirib ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatı İranın hava məkanını pozduqdan sonra İİKK-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edilərək hədəfə alınıb.

"ABŞ-ın sübh saatlarında həyata keçirdiyi hava müdaxiləsindən sonra "MQ-9" pilotsuz uçuş aparatı Buşehr əyalətinin Hormuc şəhəri üzərində hava hücumundan müdafiə sisteminin atəşi ilə vurularaq məhv edilib", – deyə Möhibi bildirib.

Məlumata görə, İran tərəfi pilotsuz uçuş aparatının məhv edilməsini ölkənin hava məkanının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi qiymətləndirib.

ABŞ rəsmiləri isə hələlik İranın bu iddialarına münasibət bildirməyiblər. Hadisə ilə bağlı müstəqil mənbələrdən də rəsmi təsdiq yoxdur.

İranın yarırəsmi "Tasnim" agentliyi İİKK nümayəndəsinin açıqlamasını yayıb. Hazırda hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »