Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fillər həmişə dost olmur" - Cənubi Afrikada ispaniyalı turist fil sürüsü tərəfindən əzilərək öldürülüb
"Fillər həmişə dost olmur" - Cənubi Afrikada ispaniyalı turist fil sürüsü tərəfindən əzilərək öldürülüb

Cənubi Afrikanın Pilanesberq Milli Parkında heyvanların yaxından fotolarını çəkmək üçün avtomobilindən düşən ispaniyalı turist fil sürüsü tərəfindən əzilərək öldürülüb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İspaniya mətbuatı turistin Saraqosadan olan 43 yaşlı Karlos Luna olduğunu açıqlayıb.

Pilanesberg Cənubi Afrikanın dördüncü ən böyük parkı və məşhur turizm məkanıdır. Park, həmçinin 7 mindən çox heyvana ev sahibliyi edir.

Polis, parkda gəzən şəxsin nəqliyyat vasitəsini saxladığını, avtomobildən enərək fillərə yaxınlaşb şəkil çəkdirdiyini və daha sonra sürünün hücumuna məruz qalaraq öldürüldüyünü bildirib.

Ştatın turizm idarəsi açıqlamasında bildirib ki, İspaniya vətəndaşı fillərə yaxınlaşmazdan əvvəl hadisə yerində olan iki avtomobildə olan yoldaşlarının və digər sərnişinlərin xəbərdarlığına məhəl qoymayaraq heyvanlara təlimatda olduğundan çox yaxınlaşıb.

"Fillər yoldan uzaqda qidalanırlarmış. Yetkin bir fil onlara yaxınlaşan turistə hücum edib, adam qaçmağa cəhd edib, amma təəssüf ki, fil tərəfindən əzilməkdən xilas ola bilmədi. Sonradan bütün sürü həmin filə qoşulub və adam əzərək öldürüblər", - deyə turizm idarəsi qeyd edib.

Fillərin daha sonra hadisə yerini tərk etdiyi və heç kimə hücum etmədiyi də bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »