Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aborigenlər qorxunc timsahı tutub yeyiblər
Aborigenlər qorxunc timsahı tutub yeyiblər
Ötən həftə Bulla qəsəbəsində baş verən hadisədə uzun müddətdir uşaqlara və itlərə hücum edən 3,6 metrlik timsah yaxalanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada, qrupların timsahın yerli camaat üçün ciddi risk təşkil etdiyi səbəbiylə öldürdükləri ifadə edilib.

Şimal Ərazi Polis Xidmətindən Endryu Makbrayd bildirib ki, onlar yerli icmanın tanınmış liderləri, həmçinin Milli Park və Vəhşi Təbiəti Mühafizəsi rəsmiləri ilə görüşüb və timsahı öldürmək qərarına gəliblər.

Makbrayd bildirib ki, tutulan timsah daha sonra yerli sakinlər tərəfindən ənənəvi şəkildə bişirilib yeyilib. Polis heyvanın bir hissəsinin banan yarpaqlarına bükülmüş və yer altı ocaqda bişirildiyini, digər hissəsinin isə timsah quyruğu şorbası hazırlamaq üçün istifadə edildiyini bildirib: "Ənənəyə görə, uğurlu ovdan sonra, olduqca böyük bir ziyafət verilib", - deyə Makbrayd bildiri.

Rəsmilər timsahın aprel ayında baş verən sel nəticəsində bölgədəki Baines çayına gəldiyini bildirib. Çayın ətrafında yaşayış məntəqələrinin olduğu, timsahın son zamanlar insanlara və heyvanlara hücum etdiyi, bir neçə nəfərin itini öldürdüyünü bildirilib.

Qeyd edək ki, aprel ayında Kvinslend ştatında baş verən hadisədə 16 yaşlı uşaq çimərkən timsahın hücumuna məruz qalaraq həyatını itirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »