“Süni intellekt qaçınılmazdır”.
“İnteryer Mebel Forumu 2024” tədbirinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, bu sözləri “Redesing Luxury”nin təsisçisi Tural Namazov forumda çıxışı zamanı bildirib.
“Mobil telefonlara keçid dövrünü xatırlayın. Qəbul etməkdə çətinlik çəkirdik, amma indi hamı buna öyrəşib. Süni intellekt də belədir. Çox yaxın gələcəkdə güzgü bizə nə geyinəcəyimizi, evdə olan ərzaqlara görə nə bişirəcəyimizi bildirəcək. Bu da işimizi daha çox asanlaşdıracaq. Bu, bizim istifadəmiz üçün yaradılıb və bizi irəli aparacaq.
Süni intellektin dizaynerləri keçəcəyini düşünmürəm. Çünki süni intellekt Azərbaycan bazarını bilməyəcək. Bunu yalnız insanlar edə bilər”,-deyə Tural Namazov bildirib.
Leyla Mirzə, Bizimyol.info






