Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2023-cü il tarixdə ən genişmiqyaslı internet kəsilmələrinin yaşandığı il olub
2023-cü il tarixdə ən genişmiqyaslı internet kəsilmələrinin yaşandığı il olub

2023-cü ildə genişmiqyaslı internet kəsintiləri araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, 2023-cü il internet kəsilməsi baxımından ən pis ildir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2016-cı ildən internet kəsilmələrini araşdıran “Access Now” platforması 2023-cü il üçün hesabatını dərc edib. İctimaiyyətlə paylaşılan hesabata görə, ötən il indiyə qədər internet kəsilmələri baxımından ən pis il kimi qeydə alınıb.

İnternetin kəsilməsi bütün dünyada adi haldır. Bəzən silahlı münaqişələr, bəzən də hökumətin qərarları səbəbindən dünyanın bir yerində insanların internetə çıxışı kəsilə bilər. Budur 2023-cü il üçün araşdırma. Ötən il 283 genişmiqyaslı internet kəsilməsi baş verib. Üstəlik, bunların 93 faizi tamamilə xəbərsiz baş verib.

İnternet kəsintiləri illik bazda yüzdə 41 artdı

“Access Now”ın verdiyi açıqlamaya görə, 2022-ci ildə 201 kəsilmə olub. Bu, 2023-cü ildə yaşanan internet kəsilmələrinin sayının 41 faiz artacağı deməkdir. Hesabatda 2023-cü ilin internet kəsintiləri baxımından ən pis il olduğu vurğulansa da, insan haqları baxımından narahatlıq doğuran bir nöqtəyə doğru inkişaf etdiyi ifadə edilib.

2023-cü ildə internet kəsilmələrinin 173-ü münaqişələr səbəbiylə meydana gəldi

Hesabatda internet kəsilməsinin səbəbləri də araşdırılıb. Açıqlamaya görə, 283 fasilədən 173-nə səbəb müxtəlif bölgələrdə baş verən silahlı münaqişələr olub. “Access Now” xüsusilə Qəzza zolağı və Efiopiyada baş verən hadisələrə görə insanların internetə çıxışının bağlandığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »