Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğandan Papaya Qəzzayla bağlı məktub göndərib
Prezident Ərdoğandan Papaya Qəzzayla bağlı məktub göndərib

Prezident Rəcəb Tayyib Ərdoğan Katoliklərin Ruhani Lideri Papa Fransiskə Fələstinlə bağlı məktub göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məktubda deyilir:

-Hörmətli Papa həzrətləri,

Dini İşlər üzrə Başçımızı qəbul etməyiniz münasibətilə Sizə hörmət və ehtiramımı bildirirəm.

Tarixən dərin olan Türkiyə-Vatikan əlaqələrinin getdikcə daha da genişlənməsi məni sevindirir.

Türkiyə Krımın qeyri-qanuni ilhaqının baş verdiyi 2014-cü ildən bəri humanitar diplomatiya devizi altında Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, həm də günahsız Fələstinli mülki vətəndaşların yaşamaq hüququnu və ədalətli davasını müdafiə etməkdə ön sıralarda yer alıb.

Türkiyə 7 oktyabr 2023-cü ildən bəri göndərilən təxminən 45 min tona yaxın humanitar yardımla Qəzzaya ən çox yardım edən ikinci ölkə oldu. Aralarında xristianların da olduğu 450 nəfərin müşayiəti ilə 429 Qəzzalı xəstə və yaralının ölkəmizdə müalicəsi davam edir.

Öldürməyin bütün İbrahimi dinlər tərəfindən qadağan edildiyini bilən bəşəriyyət Qəzzada beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulmasına bir daha yol verməməlidir. O, xəstəxanaların, məktəblərin, məscidlərin, kilsələrin qəsdən bombalanmasına qarşı səsini ucaltmalıdır ki, o sosial, təhsil və dini obyetlər hətta müharibədə belə toxunulmaz hesab edilməlidir.

Fələstin-İsrail məsələsi ədalətli həll olunmadan Yaxın Şərqdə daimi sülh və sabitliyin bərqərar olması mümkün deyil. Müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin Dövlətinin 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla qurulması və beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi qlobal sistemdə öz yerini tutması vacibdir.

Qarşılaşdığımız çətinliklər, xüsusən də humanitar yardımın çatdırılmaması səbəbindən aclıqdan ölənlərin olduğu Qəzzada müqəddəs Ramazan ayına belə fərq qoymadan davam edən İsrail hücumları və üçüncü mərhələsinə qədəm qoyan Ukrayna müharibəsinin qlobal təsirləri, beynəlxalq ictimaiyyətin əməkdaşlıq və koordinasiya içində hərəkət etməsini zəruri edir.

Son zamanlar bütün dünyada yayılan anti-islamizm, irqçilik, ksenofobiya kimi cəmiyyətlərarası sülhü və sabitliyi təhdid edən tendensiyaları nəzərə alsaq, dünyamızın əhatəli, rasional siyasətə, hər şəraitdə bütün tərəflərlə dialoq qura bilən aktorlara ehtiyacı var.

Bu anlaşma çərçivəsində biz ümumi bəşəri dəyərlərimizə və dünya sülhünə xidmət etmək məqsədimizə əsaslanan dinc yanaşı yaşama, qarşılıqlı anlaşma mədəniyyətini yaymaq üçün Vatikan ilə dialoq və əməkdaşlığımızı daha da inkişaf etdirmək əzmindəyik.

Bu münasibətlə Sizə xalqım və şəxsən öz adımdan cansağlığı və firavanlıq arzularımı bir daha bildirirəm.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »