Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: ABŞ-İran atəşkəs razılaşması sülhə gətirib çıxarmaya bilər
Ekspert: ABŞ-İran atəşkəs razılaşması sülhə gətirib çıxarmaya bilər

ABŞ və İran arasında 60 günlük atəşkəs üzrə mümkün razılaşma uzunmüddətli sülh sazişinə çevrilməyə bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri Rustam Vansu Rusiya mətbuatına müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ–İran arasında imzalanan memorandum ABŞ Prezidenti Donald Trampın çətin daxili siyasi və iqtisadi vəziyyəti fonunda “məcburi addım” kimi görünür.

Ekspertin sözlərinə görə, Vaşinqton hazırda daxili iqtisadi problemlər və Konqresə aralıq seçkilər öncəsi artan təzyiqlərlə üzləşib: “Real vəziyyət göstərir ki, bu razılaşma regionda davamlı sülh yaratmaq üçün yetərli olmayacaq”, - deyə bildirib.

Vansu bildirib ki, ABŞ-ın əsas məqsədləri Hörmüz boğazının açıq qalması və İranın nüvə silahı əldə etməməsinə dair təminat almaqdır. Lakin onun fikrincə, bu hədəflərə tam şəkildə çatmaq çətindir.

O əlavə edib ki, əvvəlki beynəlxalq nüvə sazişinə (JCPOA) bənzər yeni bir razılaşmanın əldə olunması da real görünmür. Ekspertin fikrincə, ABŞ-ın regiondan hərbi bazalarını çıxarması və İrana kompensasiya ödəməsi ehtimalı da çox aşağıdır.

Vansu hesab edir ki, ən real ssenari “müharibədən əvvəlki vəziyyətə qismən qayıdış” ola bilər: Hörmüz boğazının açıq qalması və İranın nüvə silahından imtina etməsi. Lakin bu belə tam sülh demək olmayacaq.

Ekspertin fikrincə, ABŞ bu prosesdə tam qalib tərəf deyil və buna görə də maksimum nəticə məhdud olacaq. O, həmçinin qeyd edib ki, Vaşinqton öz maraqlarını qorumaq üçün İsrailə daha çox təzyiq göstərə və onu müəyyən mənada təcrid etməyə məcbur qala bilər.

Xatırladaq ki, ABŞ və İran arasında imzalanan anlaşma hərbi əməliyyatların dayandırılmasını nəzərdə tuturdu. İsveçrə Xarici İşlər Nazirliyi isə ABŞ–İran danışıqlarının 19 iyun tarixində keçirilməsinin təxirə salındığını açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »