Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Telegramın bloklanmasına qarşı şikayəti rədd etdi
Hindistan Telegramın bloklanmasına qarşı şikayəti rədd etdi

Hindistanın Dehli Ali Məhkəməsi mesajlaşma platforması Telegram tərəfindən verilən şikayəti rədd edib. Şikayət ölkə hakimiyyətinin tətbiq etdiyi müvəqqəti bloklanma qərarına qarşı qaldırılmışdı.

Bizimyol.info xəbər verir ki, məhkəmə qərarında bildirilib ki, hakim Tecaş Kariya Hindistan hökumətinin Telegram fəaliyyətinin 22 iyun tarixinədək dayandırılması ilə bağlı qərarını qanuni hesab edib. Qərar ölkənin informasiya texnologiyaları qanununun 69A maddəsinə əsasən qəbul olunub.

Hökumətin qərarı "National Testing Agency"nin tövsiyəsi əsasında verilib. Agentlik iddia edib ki, Telegram platformasında milli tibb universitetlərinə qəbul imtahanı olan NEET-UG ilə bağlı “sızdırılmış suallar” barədə saxta məlumatlar yayılıb və bəzi istifadəçilərə imtahan suallarına çıxış satılmağa cəhd edilib.

Məlumata görə, 17 iyunda Telegram Hindistan Ali Məhkəməsinə müraciət edərək bloklanma qərarının ləğvini tələb etmişdi. Lakin məhkəmə bu iddianı əsaslı saymayıb.

Qərara əsasən, platforma Hindistanda 22 iyunadək bloklanacaq, əlavə olaraq mesajların redaktə funksiyası isə 30 iyun tarixinədək məhdudlaşdırılacaq.

NEET-UG imtahanının nəticələri əvvəlki mərhələdə mümkün sızma araşdırması səbəbilə ləğv edilib və yenidən keçiriləcəyi açıqlanıb. Yeni imtahanın 21 iyunda baş tutacağı bildirilir.

Pavel Durov isə Hindistan hökumətinin qərarını tənqid edərək bildirib ki, bir platformanın bloklanması imtahan fırıldaqlarını tam dayandıra bilməz, çünki oxşar sızmalar digər tətbiqlər vasitəsilə də baş verə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »