Aprelin 10-da Ramazan bayramını qeyd edərkən terror aktları planlaşdıran “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri Tehran yaxınlığındakı Məhdəşt şəhərində həbs edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İran polisinin sözçüsü Səid Montazer əl-Mehdi bildirib.
“Xüsusi xidmətlər İslam Dövlətinin yüksək rütbəli üzvü Məhəmməd Zakeri və bu terror qruplaşmasının bölməsinin daha iki üzvünü saxlayıb”, - deyə "ISNA" agentliyi polisin sözçüsünün açıqlamasından sitat gətirib.
İran polisinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, onlar Fitr bayramı (Ramazan bayramı) günü kamikadze partlayışları törətməyi planlaşdırıblar. Montazer ol-Mehdi əlavə edib ki, polis həmçinin terrorçularla əlbir olan 8 nəfəri saxlayıb.
Ramazan bayramı (və ya ərəbcə, Eid al-Fitr) Ramazan ayında davam edən orucun bitməsini qeyd edən əsas müsəlman bayramlarından biridir. Bayram 2024-cü ildə aprelin 10-na təsadüf edir.
Qadir, Bizimyol.info






